XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 29-30 oktyabr 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən həyata keçirilmiş və “29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş "Neyrovaskulyar çatışmazlıq: İmkanlar və Gələcək Perspektivlər" mövzusunda Onlayn Elmi Konfrans yekunlaşıb.


  • Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Hospitalında Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini  Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkiminin müavini Bəxtiyar Musayev, DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Gabriele Manig və səfirliyin region üzrə məsul həkimi Dagmar Banisch iştirak ediblər.


  • 19 oktyabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalının tibb personalı üçün  istehsalçı Roche şirkəti tərəfindən COVID-19 müalicəsində mühüm əhəmiyyətə malik olan Ronapreve (casirivimab and imdevimab) preparatının klinik tədqiqat məlumatları və istifadə təlimatlandırılması ilə bağlı seminar keçirilmişdir. İstehsalçı şirkətin Türkiyədən olan eksperti Gözdecan Altuğ preparat barədə məlumatları ZOOM platforması üzərindən onlayn şəkildə təqdim edərək dinləyiciləri ətraflı məlumatlandırıb.