XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • Mərkəzi Gömrük Hospitalı koronavirus pandemiyası ilə əlaqədar 11 iyun 2020-ci il tarixindən etibarən hospitalın işi yalnız COVID-19 xəstələrinin müalicəsinə həsr olunub. Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilməsi burada ən ağır koronaviruslu xəstələrin müalicəsinə imkan verir.


  • 11 iyul 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Lomonosov adına Moskva Dövlət Univetsitetinin Fundamental təbabət fakültəsinin professoru, reanimatologiya kursunun müdiri, 52 saylı şəhər klinik xəstəxanası baş həkimin anesteziologiya reanimasiya üzrə müavini Sergey Tsarenko ilə təcrübə mübadiləsi görüşü keçirilib. Tədbirdə Hospitalımızın müalicə işləri üzrə rəis müavini Bəxtiyar Musayev, Hospitalın reanimasiya şöbəsinin rəisi Tural Sadıqov, təcili yardım şöbəsinin rəisi Rəna Qasımova, reanimasiya və intensiv terapiya və təcili yardım şöbələrinin həkimləri, xüsusi yaradılmış EKMO qrupun həkim-üzvləri iştirak ediblər.


  • Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib. İyul ayının 9-da koronavirus pandemiyası ilə bağlı Rusiya Federasiyasından həkim heyəti Azərbaycan Respublikasına səfər etmişdir. Rusiya Federal Biomedikal Agentliyinin (FBMA) baş infeksionisti Vladimir Nikiforov başda olmaqla nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalında olublar.