XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 11 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin. Mərkəzi Gömrük Hospitalının və “Könüllü gömrükçü” dəstəsinin birgə təşkilatçılığı ilə "Beynəlxalq Gənclər Günü”nə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi üzrə II Forum” həyata keçirilib.


  • 14 iyul 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşları arasında intellektual yarış keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sədri, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri İsmayıl Əfəndiyev, Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin rəisi Arzu Həsənov və digərləri iştirak ediblər.