25.08.2023
Avqustun 25-də Tərtər Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib.



























