XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 3 noyabr 2021-ci il tarixində  Mərkəzi Gömrük Hospitalında Florence  Nightingale Xəstəxanalar Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, baş həkimin müavini Bəxtiyar Musayev və  Florence  Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran, Beynəlxalq şöbənin regional direktoru Fuad Ağazadə və layihə mütəxəssisi Levent Cırpıcı iştirak ediblər. 


  • 29-30 oktyabr 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən həyata keçirilmiş və “29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş "Neyrovaskulyar çatışmazlıq: İmkanlar və Gələcək Perspektivlər" mövzusunda Onlayn Elmi Konfrans yekunlaşıb.


  • Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Hospitalında Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini  Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkiminin müavini Bəxtiyar Musayev, DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Gabriele Manig və səfirliyin region üzrə məsul həkimi Dagmar Banisch iştirak ediblər.