01.06.2023
1 iyun 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş aksiya keçirilib. 1 iyun tarixində Mərkəzi Gömrük Hospitalına gələn bütün balaca uşaqlar Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən İmanova, könüllü gömrükçülər və tibb personalı tərəfindən al-əlvan şarlar ilə qarşılanıblar. Tədbirə dəvət olunmuş məzəli animatorlar isə uşaqlar arasında əyləncəli oyunlar keçiriblər.


























