TƏCİLİ TİBBİ YARDIM

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Təcili Tibbi Yardım


Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardıma şöbəsi yüksəkixtisaslı, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti ilə 7/24 saat, ilin 365 günü işləyərək pasiyentlərə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa tibbi təxliyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir. 15 il müddətində şöbənin tibb heyətinin vaxtında göstərdiyi ilk tibbi yardım milyonlarla xəstənin sağalmasında mühüm rol oynayıb.


Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin təcili yardım maşınları və ilk yardım otaqları beynəlxalq ATLS və ACLS protokollarına uyğun olaraq ən müasir tibbi avadanlıqla təchiz olunub. Bu da diaqnostik-müalicəvi prosedurların tez və keyfiyyətlə aparılmasına imkan verir.  Həmçinin, pediatrik briqada yeni doğulmuş körpələrin xüsusi kuveyzlə daşınmasını, evdən laborator analizlərin götürülməsini, evdə və iş yerlərində ekspres-testlərin aparılmasını həyata keçirir.


Təcili yardım maşınlarının komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir: pasiyent xəstəxanaya aparılarkən yolda müalicə almağa başlayır. Təcili yardım şöbəsi Almaniyanın “Drager” şirkətinin tibbi avdanlıqları ilə təchiz olunmuş “Mercedes-Benz” markalı 3 ambulans və 2 reanimobil ilə xidmət göstərir. Bəzən bir insan həyatı ona göstərilən ilk tibbi yardımdan asılı olur. Lazımi yerə vaxtında çatmaq, zərərçəkənə ilk yardımı düzgün göstərmək, bu şöbənin tibb personalının fədakar əməyini, məsuliyyətini və var qüvvələri ilə çalışmalarını nümayiş etdirir. 

 

Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin zəngin iş təcrübəsinə malik yüksəkixtisaslı tibbi personalı: Təcili Tibbi Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Fizuli Abışov, təcili tibbi yardım həkimləri – Nərgiz Kərimova, Tofik Bayramov, Cavad Cabbarov, Bəylər İmanov, Leyla Fətullayeva, Samirə Əliyeva, Ceyhun Əliyev, böyük tibb bacısı Təhminə Sultanova, tibb bacıları – Sevda Abdullayeva, İradə Quliyeva, Cəbiyeva Vüsalə, Sevda Hüseynova, Olqa Xasayeva, tibb qardaşları Vüsal Şahverdiyev, Ramil Abdullayev, Samir Əzizov və kiçik tibb işçiləri Adil Behbudov, Rasim Əhmədov və Eldar Hüseynov komanda olaraq istənilən çağırış ünvanına ən qısa müddətdə çataraq təcili yardım üçün müraciət edən xəstələrə dəqiqələr ərzində həyati vacib tibbi xidmət göstərir. 

 

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardımın çağırış nömrəsi 905-dir.

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır!

Dr. Füzuli Abışov

şöbə rəisi, təcili tibbi yardım həkimi

Dr. Nərgiz Kərimova

təcili tibbi yardım həkimi

Dr. Cavad Cabarov

təcili tibbi yardım həkimi

Dr. Leyla Fətullayeva

təcili tibbi yardım həkimi

Dr. Tofik Bayramov

təcili tibbi yardım həkimi

Dr. Bəylər İmanov

təcili tibbi yardım həkimi

Dr. Samirə Əliyeva

təcili tibbi yardım həkimi

Dr. Ceyhun Əliyev

təcili tibbi yardım həkimi